BDYPİ saxta cərimə borcu ilə bağlı vətəndaşlara müraciət etdi

Baş səhifə

Bakı.Trend:

Son zamanlar sosial şəbəkələrdə vətəndaşlara nəqliyyat
vasitələri üzrə inzibati cərimə borcu olduğu barədə SMS bildirişlər
göndərilməklə saxta internet səhifələrinə yönləndirən reklam və
məlumatlar yayılmaqdadır. Həmin səhifələrdən biri də “asanpayex.cc/az” ünvanıdır.

Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin vətəndaşlara
müraciətində bildirilir.




“Qeyd olunan internet səhifəsinin dövlət qurumları və rəsmi
ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur. Vətəndaşlardan xahiş
olunur ki, bu kimi saxta səhifələrə etibar etməsin, şəxsi
məlumatlarını və bank kartı məlumatlarını belə platformalarda
paylaşmasınlar.

Bir daha xatırladırıq ki, inzibati cərimələrlə bağlı
məlumatların yoxlanılması və ödənişlərin həyata keçirilməsi yalnız
rəsmi dövlət platformaları vasitəsilə aparılmalıdır”,- məlumatda
vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir