
Bakı. Trend:
“Bədən tərbiyəsi və idman haqqında” Qanun qəbul olunub. Biz o
qanuna istinad edərək fəaliyyət göstəririk. Hazırda bununla bağlı
Gənclər və İdman Nazirliyi və Milli Məclisinin müvafiq şöbəsi
tərəfindən qanun layihəsi hazırlanır.
Trend xəbər
verir ki, bunu Milli Məclisinin Gənclər və idman komitəsinin üzvü,
Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev komitədə
5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən görüşdə
deyib.
Millət vəkili bildirib ki, idmanın kütləviliyinin təmin olunması
bu qanunda öz əksini tapmalıdır:
“Bakı ilə regionlar arasında inkişafda fərq olmalıdır. Bu da çox
vacib məsələdir. Qadın idmanının inkişafı olduqca lazımlı
məsələdir. Paraidmanın inkişafı, inkluziv proqramların olması
labüddür ki, bütün həssas qruplara bu qanunda bərabər, ədalətli
olsun. İdmanın bazası təhsildən, kütləvilikdən, gəlir. Bunlar da
qanunda öz əksini tapmalıdır. Federasiya nümyəndələri real
fəaliyyət göstərir. Bu fəaliyyətdə yaranan ictimai münasibətlər
olur. Ola bilər ki, bu münsibətlər indi mövcud olan “Bədən
tərbiyəsi və idman haqqında” Qanunun müəyyən normaları ilə
uzlaşmır. Ona görə də gələcəkdə bu qanun burada müzakirə
olunmalıdır”.

