
Bakı. Trend:
Ermənistanla Azərbaycan arasındakı razılaşma xüsusilə mühüm
əhəmiyyət kəsb edir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli
Kobaxidze Ermənistan və Gürcüstan arasında Hökümətlərarası
Komissiyanın 15-ci iclasında çıxışı zamanı bildirib.
İrakli Kobaxidze və ermənistanlı həmkarı Nikol Paşinyan müxtəlif
sahələrdə əməkdaşlığı müzakirə ediblər.
“Regionda sabitliyin qorunması da son dərəcə vacibdir. Son
dövrlərdə regionumuzda inkişaf edən meyillər bizi sevindirir.
Sizinlə Azərbaycan arasında imzalanmış sənəd xüsusilə mühüm
əhəmiyyət kəsb edib”,-deyə o bildirib.
Onun sözlərinə görə, bütün bunlar Cənubi Qafqaz regionunun daha
da möhkəmlənməsi və inkişafı üçün yaxşı zəmin yaradır.

