“PAŞA Sığorta” 20 illiyini “Yubiley” kampaniyası ilə qeyd edir!

Baş səhifə

Bakı. Trend:

Bu il 20 illiyini qeyd edən “PAŞA Sığorta” avtomobil sahibləri
üçün xüsusi “Yubiley Kampaniyası”na start verir. Şirkət bu
münasibətlə sürücülərə Tam KASKO sığortasında 20% endirim təqdim
edir.

Kampaniya çərçivəsində sığorta haqqı 500 AZN və daha yüksək
məbləğli öz avtomobili üçün Tam KASKO məhsulu əldə etmək istəyən
sürücülər 20% xüsusi endirim qazanacaq. Kampaniya yalnız 1 illik
KASKO sığortası əldə etmək istəyən yeni və ya sığortasını yeniləmək
istəyən müştərilərə şamil edilir. Üstəlik sığorta haqqını hissələrə
bölərək bir neçə ay ərzində də ödəmək mümkündür.

20 il ərzində minlərlə sürücünün etibarını qazanan “PAŞA
Sığorta” bu yubiley kampaniyası ilə müştərilərinə təşəkkürünü
bildirir. Tam KASKO sığortası avtomobil sahiblərinə avtomobil
nəqliyyatı hadisəsi, yanğın, partlayış, oğurluq, təbii fəlakət,
üçüncü şəxslərin hərəkətləri və digər risklər qarşısında maliyyə
təhlükəsizliyi təmin edir.




Kampaniya barədə ətraflı məlumat üçün *7000- Sığorta
Məsləhətləri xətti ilə əlaqə saxlaya, yaxud https://cutt.ly/erjbpGTb linki
vasitəsilə onlayn müraciət edə bilərsiniz. Kampaniyadan yararlanmaq
üçün “PAŞA Sığorta” şirkətinin rəsmi “Facebook” (https://www.facebook.com/pasha.insurance/)
ya “Instagram” https://www.instagram.com/pasha_insurance/) səhifələri
üzərindən də müraciət etməyiniz mümkündür.

2006-cı ildən fəaliyyətə başlayan “PAŞA Sığorta” ASC
Azərbaycanın qeyri-həyat sığorta xidmətləri bazarında tanınmış
liderlərdən biridir. Hazırda şirkətin nizamnamə kapitalının həcmi
50 milyon manatdır və 700 000-ə yaxın korporativ və fərdi
müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.
Kapitalın bu cür yüksək səviyyəsi “PAŞA Sığorta” şirkətinə öz
sığorta öhdəliklərini əminliklə yerinə yetirməyə zəruri maliyyə
imkanı verir və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. “AM
Best” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin
uzunmüddətli kredit reytinqini “BBB”, maliyyə dayanıqlılığı
reytinqini “B++”, reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində
təsdiqləyib. “PAŞA Sığorta” ASC Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət Palatasının 2016-cı il 12 oktyabr tarixli 476
nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir