
Bakı. Trend:
Bu ilin fevral ayında Azərbaycanda istifadəçilərin”Instagram”
sosial şəbəkəsində aktivliyi əvvəlki ayla müqayisədə 4,26 faiz
bəndi azalaraq 16,85 faiz təşkil edib.
Trend bu barədə “Global Stats” Statistik Mərkəzinin məlumatlarına istinadən xəbər
verir.
Bu göstərici üzrə ikinci yeri “Facebook” tutur. Hesabat ayında
platformanın payı aylıq ifadədə 10,92 faiz bəndi artaraq 39,8 faizə
çatıb.
Siyahıda üçüncü yeri 21,93 faiz göstərici ilə “YouTube” tutur
(əvvəlki ayla müqayisədə 0,69 faiz bəndi azalma).
Bu göstəriciyə görə dördüncü yerdə “Pinterest” sosial şəbəkəsi
qərarlaşıb. Onun yerli bazardakı payı ötən ayla müqayisədə 2,16
faiz bəndi azalaraq 8,83 faiz təşkil edib.
Media platforması “LinkedIn” 5,79 faiz göstərici ilə
Azərbaycanın sosial şəbəkələr bazarında populyarlıq üzrə beşinci
yeri tutub (ay ərzində 1,94 faiz bəndi azalma).
Reytinqdə altıncı yeri isə 5,38 faiz göstərici ilə “X”
platforması tutub (əvvəlki ayla müqayisədə 1,58 faiz bəndi
azalma).

