
Bakı. Trend:
Azərbaycanda ən populyar mobil cizahların adları məlum olub.
Trend “Global
Stats” Statistika Mərkəzinə istinadən xəbər verir ki, bu ilin
fevral ayında “Samsung” smartfonları ölkənin mobil cihazlar
bazarındakı paya əsasən birinci yer tutub (24,15 faiz).
Cari ilin yanvar ayının göstəriciləri ilə müqayisədə “Samsung”un
Azərbaycandakı bazar payı 4,62 faiz bəndi azalıb.
Hesabat dövründə populyar smartfonların siyahısında ikinci yerdə “Xiaomi” qərarlaşıb. Azərbaycanda bu markadan olan smartfonların
bazar payı öncəki ayla müqayisədə 3,34 faiz bəndi azalaraq, 18,22
faizə enib.
İlk üçlüyü “Apple” tamamlayır. Bu markanın bazar payı ötən ayla
müqayisədə 2,15 faiz bəndi artaraq, 23,02 faizə çatıb.

