“Kristal”dan “Biləcəri”də sərfəli təklif: 15% ilkin ödənişlə 3 otaq st. mənzil satışda!

Baş səhifə

Bakı.Trend:

“Kristal”ın
metroya yaxınlığı, tam təmirli mənzilləri və sərfəli satış şərtləri
ilə seçilən
“Biləcəri” layihəsi
alıcılara həm rahatlıq, həm də
əlçatanlıq təklif edir.

“Biləcəri” layihəsi şəhərin əlverişli nöqtəsində, “Avtovağzal”
metro stansiyasına avtomobillə cəmi 3 dəqiqəlik məsafədə yerləşir.
Bu isə sənə həm işə, həm şəhər mərkəzinə, həm də digər
istiqamətlərə vaxt itirmədən və rahat şəkildə hərəkət etmək imkanı
qazandırır.

Layihədə mənzillər
15%-dən başlayan ilkin ödənişlə təqdim olunur. İstər 20 ilədək
ipoteka, istərsə də daxili kredit şərtlərindən yararlana bilərsən.
Üstəlik, ƏDV məbləği 30 iş günü ərzində alıcıya geri qaytarılır. Bu
da ilkin ödəniş yükünü müəyyən qədər azaldır
.
Məsələn, 72 m², 3 otaq studiya mənzil cəmi 24 400 manat
ilkin ödənişlə sənin ola bilər.

“Kristal”ın yeni
“Evini hissə-hissə al”
satış modeli bu
layihədə də keçərlidir. Bu modelin üstünlüyü ondadır ki, faizsiz və
aylıq öhdəlik olmadan mənzilini mərhələli şəkildə ala bilirsən.
Necə? Seçdiyin mənzildən istər 3 kv.m, istər 5 kv.m alaraq
başlayırsan. Sonra imkanına uyğun şəkildə istədiyin vaxt, istədiyin
qədər yaşayış sahəsi əlavə edərək mənzilini böyüdürsən. Yəni yeni
mənzilini hissə-hissə alaraq sahib olursan. Sadə, şəffaf və
Rahat

Həmçinin kompleksin həyətində
geniş park zonası, uşaq meydançası və istirahət üçün sahələr
nəzərdə tutulub. Yaxınlıqda bağça, məktəb və müxtəlif iaşə
obyektləri yerləşir. Şoseyə və metro stansiyalarına yaxınlıq isə
ictimai nəqliyyatdan rahat istifadə imkanı yaradır. Sakinlərin
rahatlığı və təhlükəsizliyi üçün yeraltı dayanacaq, xüsusi mühafizə
xidməti və kamera-nəzarət sistemi təmin olunacaq. Mənzillər isə
sakinlərə tam təmirli və çıxarışlı şəkildə təhvil veriləcək.




“Kristal”ın “Biləcəri” layihəsi həm yaşamaq, həm də investisiya
üçün ideal seçimdir. Yaşıllıqla əhatə olunmuş, rahat və əlçatan bir
mühitdə yeni həyat qurmaq istəyirsənsə, indi addım at.

Ətraflı məlumat üçün *1544-ə zəng edə və ya satış
ofisimizə yaxınlaşa bilərsən

Ünvan:
Biləcəri Qəsəbəsi, X.Natəvan küç 52C


kristal.az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir