Özünü bank işçisi kimi təqdim etdi, 13 min manat ələ keçirdi 

Baş səhifə

Nəsimi rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartındakı maddi vəsaitin talandığını bildirib.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda deyilir:

“Belə ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxs naməlum nömrədən ona zəng edərək kartına müdaxilə olunduğunu bildirib. Kart məlumatlarını həmin şəxsə göndərən zərərçəkənin bu yolla 13 min manatı ələ keçirilib.

Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı A.Zaliyev müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir