Ötən ay paytaxt yollarında aparılan təmir işləri 13,3 % artıb

Baş səhifə

Bakı.Trend:

Fevral ayında Bakı şəhərində ümumilikdə 9 124,9 kvadrat metr
sahədə cari təmir işləri həyata keçirilib.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, yanvar ayında bu göstərici 8 053,3 kvadrat metr
təşkil edib.




Beləliklə, fevral ayında aparılan təmir işlərinin həcmi əvvəlki
ayla müqayisədə 13,3 % artıb və yol infrastrukturunun
yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Şəhər ərazisində hərəkətin rahat və təhlükəsiz olması üçün cari
təmir tədbirləri mərhələli şəkildə davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir