Bakı-Quba magistralında yük avtomobilləri toqquşub (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Bakı-Quba magistral avtomobil yolunda yük avtomobilləri
toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata əsasən, “112” qaynar
telefon xəttinə Bakı-Quba magistral avtomobil yolunun Hacı
Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat
qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə
qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional
Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
olunub ki, “Man” markalı yük avtomobilinin “Howa” markalı yük
avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib
və “Man” markalı yük avtomobilindəki vətəndaş müxtəlif dərəcəli
bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat
vasitəsində sıxılı vəziyyətdə qalıb.




Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə
vətəndaş, 1977-ci il təvəllüdlü Abbasov Babək Şükür oğlunu xilas
edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma
aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir