
Bakı. Trend:
Bu ilin fevralın 1-nə Azərbaycan banklarının tikinti sektoru
üzrə biznes kredit portfeli 1,713 milyard manat təşkil edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq
müqayisədə 4,4 milyon manat və ya 0,3% azalıb, ötən ilin eyni
dövrünə nisbətən isə 343,8 milyon manat 25,1% artıb.
Belə ki, tikinti sektoru üzrə banklar tərəfindən verilmiş biznes
kreditlərin məbləği 2026-cı ilin yanvarın 1-nə 1,717 miyard manat,
ötən ilin fevralın 1-nə isə 1,369 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, 2026-cı ilin fevralın 1-nə Azərbaycanda bankların
kredit portfeli 29,980 milyard manat olub. Kredit portfelinin
strukturunda biznes kreditlәri 53,2% (15,949 milyard manat),
istehlak kreditlәri 31,4% (9,426 milyard manat) vә ipoteka
kreditlәri 15,4% (4,605 milyard manat) təşkil edib.

