
Bakı. Trend:
Türkiyənin XİN rəhbəri Hakan Fidan Türkiyədə İrandan buraxılmış
ballistik raketin zərərsizləşdirilməsindən sonra iranlı həmkarı
Abbas Əraqçiyə zəng edib.
Trend xəbər verir
ki, bu barədə Türkiyə XİN mətbuat xidməti məlumat yayıb.
“Xarici işlər naziri Fidan iranlı həmkarı Əraqçi ilə telefon
danışığı aparıb. Hörmətli nazirimiz İran ərazisindən buraxıldıqdan
sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən və
zərərsizləşdirilən ballistik raket məsələsi ilə bağlı reaksiyamızı
çatdırıb, münaqişələrin genişlənməsinə səbəb ola biləcək hər cür
addımdan çəkinmənin vacibliyini vurğulayıb”,- məlumatda qeyd
olunur.
Qeyd edək ki, bundan əvvəl Türkiyə MN yaydığı məlumata əsasən,
İran tərəfindən buraxıldıqdan sonra İraq və Suriya hava məkanını
keçərək Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir
ballistik raket, Aralıq dənizinin şərqində yerləşdirilmiş NATO-nun
hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında müdaxilə
edilərək zərərsizləşdirilib.

