
Bakı. Trend:
Azərbaycanda “Google” və “ChatGPT” şirkətlərinin bazar payı
məlum olub.
Trend-in “Global
Stats” Statistik Mərkəzinə istinadən məlumatına görə, bu ilin
fevral ayında Azərbaycanda “Google”un bazar payı 99,57 faiz təşkil
edib ki, bu da yanvar ayı ilə (99,7 faiz) müqayisədə 0,13 faiz
bəndi azdır.
Fevral ayında “ChatGPT”nin bazar payı isə 0,43 faiz olub ki, bu
da əvvəlki ayla müqayisədə 0,13 faiz bəndi artım deməkdir. Yanvar
ayında bu göstərici 0,3 faiz təşkil edib.

