Bulvarın bəzi ərazilərində qazıntı işləri aparılacaq

Baş səhifə

Bakı.Trend:

Bakı şəhərində tullantı sularının təhlükəsiz şəkildə daşınması,
mövcud kanalizasiya sisteminin təkmilləşdirilməsi və şəbəkələrin
ötürücülük qabiliyyətinin artırılması işləri çərçivəsində
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Sahil
kollektorunun da yenilənməsi işləri həyata keçirilir.

Bu barədə Trend-ə Dənizkənarı Bulvar İdarəsindən məlumat
verilib.




Bildirilib ki, layihə çərçivəsində kollektorun Dənizkənarı Milli
Park ərazisinə düşən hissəsində bir neçə nöqtədə qazıntı işlərinin
aparılması nəzərdə tutulur. Qazıntı işləri bulvar ərazisində
ziyarətçilərin hərəkətinə və Milli Parkın fəaliyyətinə maneə
törətməyən nöqtələrdə aparılacaq.

Kollektor paytaxtın mərkəzində formalaşan tullantı sularının
səmərəli idarə edilməsinə və Bakı buxtasının ekoloji vəziyyətinin
yaxşılaşdırılmasına xidmət edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir