
Bakı. Trend:
Amerikanın “OpenAI” şirkəti Şimali Atlantika Müqaviləsi
Təşkilatı (NATO) ilə müqavilə bağlamağı nəzərdən keçirir. Bu barədə
çərşənbə axşamı bir neçə xarici media orqanı startapın ABŞ Müdafiə
Nazirliyi ilə razılaşmasından sonra məlumat verib.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
“OpenAI” şirkətinin baş direktoru Sem Altmanın sözlərinə görə,
hazırda texnologiyaların bütün qapalı NATO şəbəkələrində
yerləşdirilməsi imkanları araşdırılır. “OpenAI” nümayəndəsi daha
sonra bunun Alyansın açıq şəbəkələrinə aid olduğuna aydınlıq
gətirərək Altmanın sözlərinin təhrif olunduğunu qeyd edib.
Ötən həftə “OpenAI” şirkəti ABŞ Müdafiə Nazirliyinin qapalı
şəbəkəsində süni intellekt texnologiyalarını yerləşdirmək üçün
Pentaqon ilə razılaşma əldə olunduğunu elan edib.
ABŞ Müdafiə Nazirliyi ilə bağlanan müqaviləyə qarşı tənqidlər
fonunda “OpenAI” bəzi istifadəçilərin reaksiyası ilə üzləşib.
Analitik şirkət “Sensor Tower”ə görə, şənbə günü ChatGPT mobil
tətbiqinin silinmə halları bir əvvəlki günlə müqayisədə 295 faiz
artıb.
“OpenAI” şirkəti “Microsoft”, “Nvidia” və “SoftBank” daxil
olmaqla bir çox böyük texnologiya nəhəngi tərəfindən
dəstəklənir.

