
Bakı. Trend:
Dünyada piylənmədən əziyyət çəkən uşaq və yeniyetmələrin sayının
2025-ci ildəki 177 milyondan 2040-cı ilə qədər 228 milyona çatacağı
proqnozlaşdırılır.
Trend xəbər verir ki, bu
barədə Dünya Piylənmə Federasiyasının yeni hesabat yayıb.
Bu proqnoz uşaqlıq dövründə piylənmənin dünyada sürətlə artdığı
barədə xəbərdarlıq edən 2026-cı il “Ümumdünya piylənmə atlası”
hesabatında dərc edilib.
Hesabatda qeyd olunur ki, uşaqlarda piylənmə görünməmiş dərəcədə
artır və bu tendensiya əsas qlobal ictimai səhiyyə probleminə
çevrilir. Atlasa görə, 5-19 yaşlı uşaqlar arasında piylənmənin
qlobal yayılmasının 2025-ci ildəki 8,7%-dən 2040-cı ilə qədər
11,9%-ə çatacağı gözlənilir. Bununla yanaşı, azyaşlılarda
piylənmənin artmasının qlobal qidalanma tendensiyalarında böyük bir
dəyişikliyi təmsil etdiyi bildirilir.
Yeni hesabatda 2026-2027-ci illər arasında piylənmə ilə yaşayan
məktəbyaşlı uşaqların sayının dünyada ilk dəfə çəki azlığı olanları
keçəcəyi təxmin edilir. 2010-cu ildən bəri 180-dən çox ölkədə
uşaqlarda artıq çəki və piylənmə hallarının artması müşahidə
olunub.
Səhiyyə mütəxəssisləri bildirirlər ki, mövcud tendensiyalar
davam edərsə, 2040-cı ilə qədər 5-19 yaş arası ən azı 120 milyon
uşaqda yüksək bədən kütlə indeksi ilə əlaqəli xroniki xəstəliklərin
erkən əlamətləri inkişaf edə bilər.

