
Bakı. Trend:
Bu ilin fevral ayında Azərbaycanda “Android” əməliyyat
sisteminin bazar payı əvvəlki ayla müqayisədə 0,25 faiz bəndi
azalaraq 36,02 faizə çatıb.
Bu barədə Trend “Global Stats” Statistika Mərkəzinə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Azərbaycan əməliyyat sistemləri
bazarında populyarlıq üzrə ikinci yerdə “Microsoft Windows”
məhsulları qərarlaşıb. Fevral ayında onların payı 31,2 faiz təşkil
edib ki, bu da noyabr ayı ilə müqayisədə 0,29 faiz bəndi azalma
deməkdir.
Üçüncü mövqedə isə 17,08 faiz bazar payı ilə “iOS” yer alır. Bu
göstərici əvvəlki ayla müqayisədə 1,5 faiz bəndi çoxdur.

