Almaniya İrana qarşı müharibəyə qoşulacaq?

Baş səhifə

Almaniya Müdafiə Naziri Boris Pistorius ölkəsinin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarında iştirak etməyəcəyini vurğulayıb, müharibəyə diplomatik həll tapmağın vacibliyini bildirib.

Modern.az xəbər verir ki, Pistorius Almaniyanın bölgədə gərginliyi azaltmaq və şiddətin yayılmasının qarşısını almaq üçün əlindən gələni edəcəyini əlavə edib.

ABŞ və İsrailin əməliyyatlarının beynəlxalq hüquqa uyğunluğu məsələsinin müzakirə olunmasının vacib olduğu qeyd olunub.

Nazir əlavə edib ki, İran rejimi uzun illər beynəlxalq hüququ pozub və İsrail-ABŞ zərbələri ölkəni təhdid edən rejimə yönəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir