
Bakı. Trend:
Latın Amerikasının bir neçə ölkəsinin lideri şənbə günü ABŞ
prezidenti Donald Trampla görüşmək üçün Mayamiyə gələcək.
Trend-in
məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit
jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.
“Prezident şənbə günü Florida ştatının Mayami şəhərində Qərb
yarımkürəsindəki 12 ölkənin dövlət başçılarını qəbul edəcək. Bu
yeni Latın Amerikası sammitinin məqsədi bölgəmizdə azadlığı,
təhlükəsizliyi və rifahı təşviq etməkdir. Mayamidəki görüşdə
Argentina, Boliviya, Çili, Kosta Rika, Dominikan Respublikası,
Ekvador, El Salvador, Honduras, Panama, Paraqvay, Trinidad və
Tobaqo və bəlkə də digər ölkələr iştirak edəcəklər”, – deyə o qeyd
edib.

