
Bakı. Trend:
İraqda elektrik enerjisi tamamilə kəsilib.
Trend-in
məlumatına görə, bu barədə İraq Energetika Nazirliyi xəbər
verib.
Məlumata əsasən, elektrik stansiyalarının və ötürücü xətlərin
bərpası üçün işlərə başlanılıb. Elektrik enerjisinin kəsilməsi
səbəbi araşdırılır.
Qeyd edək ki, İsrail, İran və ABŞ arasında gərginliyin artması
ilə İraq son günlərdə hücumlara məruz qalıb.

