
Bakı. Trend:
İranın cavab zərbələri müdafiə xarakteri daşıyır və yalnız İslam
Respublikasına hücum etmək üçün istifadə edilən ABŞ və İsrail
hədəflərinə qarşı yönəlib.
Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri
Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla telefon danışığında
bildirib.
Məlumata əsasən, A.Əraqçi telefon danışığı zamanı bildirib ki,
İranın ABŞ və İsrailə qarşı cavab müdafiə tədbirləri İrana qarşı
təcavüzkar əməliyyatların planlaşdırılması və həyata keçirilməsi
üçün istifadə edilən bazalara və hədəflərə yönəlib və bu,
beynəlxalq hüquqa tam uyğundur.

