
Bakı. Trend:
Çin hakimiyyəti 2026-cı ildə müdafiə ehtiyacları üçün büdcə
xərclərini 7 faiz artıraraq 1909,561 milyard yuana (təxminən 277
milyard dollar) çatdırmağı planlaşdırır.
Trend-in
məlumatına görə, bu barədə 14-cü cağırış Ümumxalq Xalq
Nümayəndələri Konqresinin 4-cü sessiyasının ilk günündə dərc
olunmuş layihədə bildirilib.
“Milli müdafiə xərcləri 7 faiz artımla 1,909 trilyon 561 milyon
yuana çatacaq”, – deyə sənəddə qeyd olunub.
Layihədə göstərilib ki, “adi xərcləri ciddi şəkildə
məhdudlaşdırmaq və xarici siyasət və milli müdafiə, təhsil, elm və
texnologiya xərclərini ödəmək üçün vəsaitlərin ayrılmasına, maddi
resursların mərkəzi ehtiyatlarının yaradılmasına və dövlət
istiqrazları üzrə kuponların ödənilməsinə prioritet vermək”
lazımdır.

