
Bakı.Trend:
Şirvan sakinindən qanunsuz saxlanılan silah aşkar edilərək
götürülüb.
Trend-in
məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində üzərində
qanunsuz olaraq odlu silah saxlayan M.Bayramov saxlanılıb.
Həmin şəxsdən 1 ədəd “Makarov” markalı tapança və 2 ədəd patron
aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

