
Bakı. Trend:
İran dronları tərəfindən Naxçıcan Beynəlxalq Hava Limanının
vurulması şiddətlə qınanılmalı bir hadisədir. Bu, beynəlxalq
hüququnun pozulması deməkdir, qonşuluq siyasətinin pozulması
deməkdir və Azərbaycanın mövqeyi qarşısında İranın qeyri-adekvat
davranışıdır.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya
ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyib.
“Şübhəsiz ki, Azərbaycan hüququ dövlətdir, güclü dövlətdir.
Azərbaycan öz ərazisini və öz xalqın təhlükəsini qorunmağa qadir
bir dövlətdir. Bu cür məsələlərdə də Azərbaycan beynəlxalq hüquqdan
çıxış edərək, bu cür törədilmiş hallara qarşı qətiyyətli mövqe
nümayiş etdirəcək bir dövlətdir. İranın bu hərəkətinə qarşı
Azərbaycan cavab vermək hüququnu özündə saxlayır”, – deyə deputat
əlavə edib.

