Naxçıvan aeroprotuna düşən dronun qalıqları (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, İran ərazisindən
Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu həyata keçirilib.

Dron qalıqlarının videosunu təqdim edirik.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron
hücumu olub.

İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon
Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat
yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd
olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu
kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz
tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər
Nazirliyinə çağırılıb, İran tərəfinə kəskin etiraz bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir