
Bakı. Trend:
“PAŞA Bank” 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə
xüsusi kampaniyaya start verir. 4–8 mart 2026-cı il tarixlərində
keçirilən kampaniya müddətində xanım müştərilər premium “Miles&Smiles” kartlarını 50% endirimlə əldə edə bilərlər.
Endirim “Miles&Smiles Black Edition” və “Miles&Smiles
Visa Signature” premium kartlara şamil olunur.
“Miles&Smiles Black Edition” kart sahibləri restoran və “Duty Free” məntəqələrində keşbek qazanır, hava limanlarında “Fast
Track və VIP” xidmətlərdən yararlanır. “Miles&Smiles Visa
Signature” kartı isə illik 4 dəfə lounge giriş hüququ, premium
lounge çıxışı və hava limanı transfer xidməti kimi səyahəti daha
rahat və komfortlu edən üstünlüklərlə seçilir.
Kampaniya çərçivəsində təqdim olunan bütün imtiyazlar və şərtlər
haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edin.
“PAŞA Bank”ın “Miles&Smiles” kartları, Türk Hava Yollarının “Miles&Smiles” loyallıq proqramı ilə birgə təqdim olunan ödəniş
kartlarıdır və gündəlik bank əməliyyatlarını səyahət üstünlükləri
ilə birləşdirir. Bu məhsul 2019-cu ildə Azərbaycanda təqdim edilmiş
və müştərilərə həm ölkə daxilində, həm də xaricdə edilən
əməliyyatlar üzrə uçuş milləri qazanmaq imkanı verən ilk yerli
kartlardan biri olmuşdur.
Kart sahibləri, “Miles&Smiles” kartı ilə edilən uyğun
alış-verişlərdən millər toplayırlar. Qazandığı millər Türk Hava
Yolları və “Star Alliance” tərəfdaşları tərəfindən həyata keçirilən
uçuşlar, əlavə baqaj, oturacaq seçimi, shopandmiles.com üzərindən
alış-veriş və digər səyahət xidmətləri üçün istifadə edilə bilər.
Yeni kart sahibləri üçün açılış bonusu olaraq 3,000-ə qədər
“Welcome Miles” təqdim olunur.

