
Bakı. Trend:
Novruz bayramı təkcə ənənələrdən ibarət deyil, həm də biznes
sahəsi üçün böyük imkanlar yaradır. Belə ki, “VTB Azərbaycan”
sahibkarlar üçün mikro kreditlər üzrə xüsusi kampaniya elan
edir.
Kampaniya çərçivəsində müştərilər 30 000 manata qədər mikro
krediti komissiyasız, girovsuz və zaminsiz, illik 18%-dən başlayan
faiz dərəcəsi ilə əldə edə bilərlər. Bu isə məhsulu geniş müştəri
auditoriyası üçün daha əlçatan və rahat edir.
Kredit vəsaitləri müştərinin göstərdiyi ünvana çatdırıla bilər,
bütün sənədlər isə rəqəmsal SİMA İmza ilə imzalanır. Bu da
rəsmiləşdirmə prosesini daha sürətli həyata keçirməyə imkan
yaradır.
Novruz bayramı yeni fürsətlər və planların həyata keçirilməsi
dövrü hesab olunur və xüsusi təklif müştərilərə şəxsi və biznes
təşəbbüslərinin inkişafı üçün əlavə dəstək almağa şərait yaradır.
Aksiya məhdud müddət ərzində keçərlidir.

