Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib: Bu düşmən hərəkətlər təhlükəli eskalasiya deməkdir

Baş səhifə

Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib.

APA xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Qətər dövləti qardaş Türkiyə Respublikasının ballistik raketlə və Azərbaycan Respublikasında bir hava limanının İran dronları ilə hədəfə alınmasını kəskin şəkildə pisləyir. Bu düşmən hərəkətlər təhlükəli eskalasiya deməkdir və İranın məsuliyyətsiz hücumları ilə dövlətlərin suverenliyinin pozulmasıdır. Bu, həm də regionda sülh və stabilliyə birbaşa təhdiddir”, – bəyanatda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir