
Bakı. Trend:
Azərbaycanla Alman iş adamları arasında dayanıqlı sənaye, enerji
səmərəliliyi və innovativ maliyyə mexanizmləri sahələrində
əməkdaşlıq imkanları müzakirə olunub.
Trend bu
barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyat nazirinin müavini Anar Axundov
Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Nargis
Viyekin rəhbərlik etdiyi alman iş adamlarından ibarət nümayəndə
heyəti ilə görüşüb.
Görüş çərçivəsində bərpa olunan enerji mənbələri, dayanıqlı
sənaye, enerji səmərəliliyi, sənayenin dekarbonizasiyası, hidrogen
texnologiyaları və innovativ maliyyə mexanizmləri sahələrində
əməkdaşlıq imkanlarının ətrafında müzakirələr aparılacaqdır.
Tərəflər Almaniya iş adamlarının ölkəmizə investisiya
imkanlarının araşdırılması və institusional əməkdaşlığın
genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

