
Bakı. Trend:
Bu gün səhər Azərbaycanda İranın başını itirdiyinə dair daha bir
sübut əldə etdik. Ayətullah rejimi növbəti qonşu ölkənin mülki hava
limanına raket və PUA-lar atırsa, demək, artıq maskaları düşüb.
Trend xəbər
verir ki, bu barədə İsrail XİN rəhbərinin müavini Şaren Haskel “X”
sosial şəbəkə səhifəsindəki paylaşımında qeyd edib.
O qeyd edib ki, İsrail İranın Azərbaycanın Naxçıvan Beynəlxalq
hava limanına pilotsuz uçuş aparatları ilə zərbə endirməsini
pisləyir. Naxçıvandakı hadisə İran rejiminin təcavüzkar siyasətinin
bariz nümunəsidir.
“Tehrandakı osminoq başı artıq proksi təşkilatların arxasında
gizlənmir, birbaşa hücum edir və xaos yayır”.
Beynəlxalq birlik bu təhlükəyə qarşı biganə qalmamalıdır. Dünya
İranı dayandırmayana qədər, o, dayanmayacaq”, – o paylaşımında
əlavə edib.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron
hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və
Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək
partlayıb.
Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici
İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam
Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə
aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların
gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər
görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər
Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

