
Bakı.Trend:
Ukrayna İran pilotsuz uçuş aparatlarının hücumundan sonra
Azərbaycana dəstəyini ifadə edib.
Trend xəbər verir
ki, bu barədə səfirliyin bəyanatında deyilir.
“Ukraynanın Azərbaycandakı Səfirliyi İranın pilotsuz uçuş
aparatlarının Azərbaycan Respublikasının Naxçıvan Muxtar
Respublikasının ərazisinə hücumu ilə bağlı məlumatları və xəbərləri
diqqətlə izləyir”, – bəyanatda bildirilir.
Diplomatik nümayəndəlik Azərbaycana dəstək və həmrəylik ifadə
edib, regional və qlobal təhlükəsizliyə təhdidlərlə mübarizə
məqsədilə daha sıx beynəlxalq əməkdaşlığa çağırıb.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron
hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və
Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək
partlayıb.
Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici
İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam
Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə
aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların
gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər
görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər
Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

