Sibiqa: İranın Azərbaycanı hədəf alması bir daha göstərir ki, Tehran rejimi qlobal təhdiddir

Baş səhifə

Biz Yaxın Şərq və Avropa ölkələrinə qarşı etdiyi hücumlardan sonra İranın Azərbaycanı hədəf almasını pisləyirik.

APA xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” hesabında bildirib.

“İranın Azərbaycanı hədəf alması bir daha göstərir ki, Tehran rejimi regional deyil, qlobal bir təhdiddir”, – nazir qeyd edib.

Sibiqa İran rejiminin yaratdığı təhdidləri neytrallaşdırmaq, İran xalqı üçün normal həyat şansı vermək və Yaxın Şərqdə və daha geniş ərazilərdə təhlükəsizlik və sabitliyi bərpa etmək üçün bütün beynəlxalq səylərin birləşdirilməli olduğunu vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir