ƏƏSMN: Əmək müqaviləsi ilə işləməyənin sosial təminat hüquqları da yaranmır

Baş səhifə

Əmək Məcəlləsinə əsasən işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi onların əmək münasibətlərinin hüquqi əsasını təşkil edir. Əmək müqaviləsi ilə işləməyən işçinin əmək və gələcək sosial təminat hüquqları da yaranmır.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, işçi yalnız əmək müqaviləsi ilə çalışdıqda, qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən az olmayan əməkhaqqı almaq, iş vaxtından artıq işlədikdə, həmçinin gecə vaxtı işə cəlb olunduqda əlavə əməkhaqqı almaq, sağlam və təhlükəsiz əmək şəraitində çalışmaq, sosial sığorta sistemində iştirak etmək və gələcəkdə pensiya hüququ qazanmaq, məzuniyyət hüququndan istifadə etmək və digər təminatlara sahib olur.

İşçi əmək fəaliyyəti zamanı əmək şəraiti, əmək funksiyası, iş vaxtı, əməkhaqqı və ya digər şərtlərlə razı olmadıqda, onların dəyişdirilməsi üçün işəgötürənə müraciət də edə bilər.

Qeyd olunub ki, bu zaman Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinin şərtləri tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir