Naxçıvana uçuşlar müvəqqəti olaraq İğdır hava limanına təşkil olunacaq – XİN

Baş səhifə

Bakı. Trend:

5 mart tarixində Türkiyənin xarici işlər naziri Hakan Fidan
Azərbaycan Respublikasının xarici işlər nazirinə zəng vurub.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata
görə, telefon danışığı zamanı İran İslam Respublikası tərəfindən
dünən Türkiyə istiqamətində raket hücumu, bu gün isə Azərbaycan
Respublikasına edilən dron hücumu ilə bağlı qəti etiraz
bildirilib.

Bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd
olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi
vurğulanıb.

Naxçıvana olan təyyarə reyslərinin təhlükəsizliyin təmin
edilməsi məqsədilə, uçuşların müvəqqəti olaraq İğdır hava limanına
təşkil olunacağı telefon danışığında qeyd olunub.

Telefon danışığı zamanı, nazirlər iki ölkə arasında strateji
müttəfiqlikdən irəli gələn əlaqələndirmə işlərinin davam
etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron
hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və
Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək
partlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici
İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam
Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə
aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların
gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər
görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər
Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir