“Turan Tovuz” yarımfinala yüksəldi

Baş səhifə

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Modern.az xəbər verir ki, “Kəpəz” “Turan Tovuz”u qəbul edib. Yevlax şəhər stadionunda gerçəkləşən qarşılaşma qonaqların 2 cavabsız qolu ilə bitib. Komandalar arasında keçirilmiş ilk oyunda Tovuz klubu 1:0 hesabı ilə qələbə qazanıb. Bununla da Kurban Berdiyevin baş məşqçisi olduğu kollektiv adını yarımfinala yazdırıb.

Bu gün, həmçinin “Sabah” “Qəbələ”nin qonağı olacaq. Qəbələ şəhər stadionunda təşkil olunacaq oyun saat 18:00-da başlayacaq. İlk qarşılaşmada qapılara qol vurulmayıb.

Qeyd edək ki, daha əvvəl “Zirə” və “Qarabağ” yarımfinala vəsiqə qazanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir