
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar X hesabında paylaşım edib.
“Dostum, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla danışdım. İranın Azərbaycana qarşı açıq və qəsdən törədilmiş təcavüzünü qətiyyətlə pislədim. Bu təcavüz həm Azərbaycana, həm də regiondakı digər ölkələrə qarşı tamamilə qəbuledilməzdir və bir daha göstərir ki, İran rejimi ağlı başında deyil və nəzarətsizdir” – o paylaşımında bildirib.
Nazir həmçinin vurğulayıb ki, İsrail məqsədlərinə çatana qədər hərbi əməliyyatlarını davam etdirməyə qərarlıdır.

