İsrail ordusu Beyrutda mülki əhalini təcili təxliyə olunmağa çağırıb

Baş səhifə

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri Livanda Hizbullaha qarşı planlaşdırılan
irimiqyaslı əməliyyat ərəfəsində Beyrut şəhərinin Dahiye kimi
tanınan və Hizbullahın əsas dayağı hesab olunan ərazidə yaşayan
sakinlərə “təcili xəbərdarlıq” edib.

Trend bu barədə
İsrail KİV-ə istinadən xəbər verir.

IDF mülki əhalini Beyrutun cənubundan dərhal təxliyə olunmağa
çağırıb.




“Həyatlarınızı xilas edin və dərhal evlərinizi tərk edin. Cənuba
doğru hərəkət etmək qadağandır. Cənub istiqamətində hər hansı
hərəkət həyatınızı təhlükəyə ata bilər. Evlərinizə qayıtmağın
təhlükəsiz olduğu vaxt barədə sizə məlumat verəcəyik”, – IDF
sözçüsü polkovnik Aviçay Adrai bildirib.

Son göstəriş şəhərin cənub ətraflarında yerləşən dörd böyük
məhəlləni əhatə edir.

IDF sözçüsü həmin zonada yaşayan sakinlər üçün təhlükəsiz
təxliyə dəhlizləri ilə bağlı da göstərişlər verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir