
Bakı. Trend:
Bakıda “Oracle” Mükəmməllik Mərkəzinin yaradılması və Yeni
Texnologiya, Süni İntellekt və Oyun İqtisadi Zonasının inkişafı
üzrə növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.
Trend xəbər
verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev “X” hesabında paylaşım edib.
“Böyük Britaniyaya səfər çərçivəsində “Oracle” şirkətinin
vitse-prezidentləri Ken Maklennan və Mark Nyuol ilə görüşdük.
Görüş zamanı Azərbaycan ilə “Oracle” arasında rəqəmsal
transformasiya, süni intellekt və məlumat infrastrukturu
sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik.
Həmçinin Azərbaycanda suveren “bulud” həlləri, süni intellekt
imkanları, Bakıda “Oracle” Mükəmməllik Mərkəzinin yaradılması və
Yeni Texnologiya, Süni İntellekt və Oyun İqtisadi Zonasının
inkişafı üzrə növbəti addımlar barədə fikir mübadiləsi apardıq”, –
paylaşımda qeyd edilib.

