Avropa İttifaqı rəsmisi İranın Naxçıvana dron hücumunu pisləyib

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə
Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaja
Kallas İranın Azərbaycanın Naxçıvan bölgəsinə hücumlarını
pisləyib.

Trend xəbər verir ki,bu
barədə qurumun bəyanatında bildirilib.

“İranın Azərbaycanın Naxçıvan ərazisinə pilotsuz təyyarə
hücumları tamamilə qəbuledilməzdir. Bu hücumlar İran tərəfindən
daha da gərginləşməni təmsil edir və müharibənin Yaxın Şərqdən
kənara yayılması riskini artırır. Avropa İttifaqının Azərbaycan
hökuməti və xalqı ilə tam həmrəyliyini vurğulamaq üçün Azərbaycan
xarici işlər naziri Bayramovla əlaqə saxladım”, – bəyanatda
vurğulanıb.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron
hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və
Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək
partlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici
İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam
Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə
aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların
gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər
görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər
Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir