FIFA 2026 Dünya Çempionatında su fasilələrində reklam yayımlarına icazə verəcək

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA)
yayımçılara 2026-cı il dünya çempionatı oyunlarının hər yarısında
baş verəcək su fasilələri zamanı reklamlara keçməyə icazə
verəcək.

Trend xəbər verir
ki, bu barədə məlumat “The Athletic”ə istinadən verilib.

Qeyd olunur ki, oxşar təcrübə ABŞ-də basketbol və Amerika
futbolunda fasilələr zamanı artıq tətbiq olunur.




Dekabr ayında dünya çempionatında hər 45 dəqiqəlik hissənin
ortasında üç dəqiqəlik su fasiləsinin tətbiqi elan edilib. Bu
tədbirin oyunçuların rifahı üçün həyata keçirildiyi və hava
şəraitindən asılı olmayaraq tətbiq olunacağı vurğulanıb.

2026-cı il dünya çempionatı 11 iyunda başlayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir