Rusiyada zəlzələ oldu

Baş səhifə

Rusiyanın Soçi bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yerli sakinlər yeraltı təkanları səhər saat 7:30 radələrində hiss etdiklərini bildiriblər.

Yeraltı təkanlar ən şiddətli şəkildə Sirius, Adler, Xostinski və Mərkəzi rayonlarda hiss olunub. Mənzillərdə pəncərələr titrəyib və çilçıraqlar yellənib.

Dağıntı və təlafat barədə məlumat yoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir