İran yeni ali lider seçimini təxirə salıb

Baş səhifə

İran təhlükəsizliklə bağlı narahatlıqlara görə öldürülmüş Ali Lider Əli Xameneinin varisinin təyinatını təxirə salıb. Modern.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazır. 

Xameneinin oğlu Müctəba Xamenei bu vəzifəyə əsas namizəd hesab olunur. ABŞ və İsrail əvvəllər yeni liderin “hədəf” ola biləcəyini bildirmişdilər. Prezident Tramp isə lider seçiminə təsir etmək niyyətində olduğunu bildirmişdi.

ABŞ və İsrailin yeni liderin də “hədəf” ola biləcəyini bildirməsindən sonra İran təhlükəsizliklə bağlı narahatlıqlara görə öldürülmüş ali lider Əli Xameneinin varisinin təyinatını təxirə salıb. 

Xameneinin oğlu Müctəba Xamenei İranın ali lider vəzifəsinə əsas namizəd kimi ortaya çıxıb. Lakin qəzetin mənbələrinə görə, bu barədə mediada yayılan xəbərlərdən sonra onun təhlükəsizliyi ilə bağlı narahatlıqlar artıb.

İsətnilən halda 56 yaşlı Müctəba Xameneinin İranın ali lideri vəzifəsinə əsas namizəd olduğunu məlumdur. Müctəba Xameneinin Ali Lider olacağı 4 martda elan edilə bilərdi, lakin hərbi əməliyyatlar buna mane olub. 
İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, İsrail “İran terrorçu rejimi tərəfindən təyin edilən” İranın hər hansı yeni liderini “qeyd-şərtsiz məhv edilmə hədəfi” hesab edəcək. Bu arada, ABŞ prezidenti Donald Tramp İranın yeni ali liderinin seçilməsində şəxsən iştirak etmək istədiyini açıqlayıb. Onun fikrincə, “Xameneinin oğlu yüngül çəkidədir”. “Xameneinin oğlu mənim üçün qəbuledilməzdir. İrana harmoniya və sülh gətirəcək birinə ehtiyacımız var”, – Tramp deymişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir