İranda Müvəqqəti Rəhbərlik Şurasının dördüncü iclası keçirilib – KİV

Baş səhifə

Bakı. Trend:

ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyasının davam etməsi
fonunda İran Prezidenti Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin
rəhbəri Qolam Hüseyn Möhseni-Ecei və Konstitusiyanın Keşikçiləri
Şurasının nümayəndəsi ayətullah Əlirza Ərafinin daxil olduğu
Müvəqqəti Rəhbərlik Şurasının dördüncü iclası keçirilib.

Trend bu barədə
İran KİV-ə istinadən xəbər verir.

“Tasnim” agentliyinin məlumatına görə, iclas zamanı Ali Milli
Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrail və ABŞ ilə
münaqişədə mövcud vəziyyət barədə məruzə edib. Bundan əlavə,
şuranın üzvləri İslam Respublikasının Ekspertlər Şurasının
formalaşdırılmasını və ölkənin gələcək liderinin təqdim olunmasını
planlaşdırıblar.

İranın Ekspertlər Şurası Ali Liderin seçilməsinə
cavabdehdir.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla nizamlanması üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb.

İki gün sonra, fevralın 28-də ABŞ və İsrail İranın strateji
əhəmiyyətli hərbi obyektlərinə və dövlət rəhbərliyinə hədəflənmiş
koordinasiyalı hərbi kampaniyaya başlayıb; İsrail bu əməliyyata
“Operation Lion’s Roar”, ABŞ isə “Operation Epic Fury” adını verib.
Hücumlar Tehran, İsfahan, Təbriz, Qum kimi iri şəhərlər də daxil
olmaqla İranın geniş ərazilərini əhatə edir.




İran həmin gün və sonrakı günlərdə cavab olaraq İsrailə və
regiondakı ABŞ hərbi bazalarına – İordaniya, Küveyt, Bəhreyn, Qətər
və İraqdakı obyektlərə – ballistik raketlər və pilotsuz uçuş
aparatları ilə zərbələr endirməyə başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor
Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun
(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin
müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri
Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

1–5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib; İran yüzlərlə raket və dron
buraxıb, ABŞ və İsrail isə İran ərazisində yeni hərbi hədəfləri
vurdu.

Martın 4-də ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayığı Hind
okeanında İranın “IRIS Dena” freqatını torpedayla batırıb və bu
hadisə münaqişənin dəniz mərhələsinə keçdiyinin göstəricisi
olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir