Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə ağır cəza verildi

Baş səhifə

Bakı. Trend:

Dövlətə xəyanət etməkdə təqsirləndirilən İlkin Qənbərov, Vüsal
Ağayev, Tural Alıyev, Məmməd Şərifovun barəsində Dövlət
Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi üzrə yekun məhkəmə
prosesi keçirilib.

Trend xəbər
verir ki, məhkəmə prosesi Bakı Hərbi Məhkəməsində baş tutub.

Hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm
oxunub.




Hökmə əsasən, İlkin Qənbərov, Vüsal Ağayev 18 il, Tural Alıyev
və Məmməd Şərifov 17 il 6 ay müddətinə azadlıqdan məhrum
ediliblər.

Xatırladaq ki, xarici xüsusi xidmət orqanının nümayəndələrinə
kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham
olunan İlkin Qənbərov və Vüsal Ağayev DTX tərəfindən saxlanılaraq
istintaqa cəlb olunublar. DTX tərəfindən davam etdirilən tədbirlər
zamanı Tural Alıyev İordaniya, Məmməd Şərifov isə Türkiyə
ərazisində ələ keçirilərək Azərbaycana gətirilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 274-cü
(dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir