Bakı-Şamaxı avtomobil yolunda kamaz avtobusla toqquşub (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Bu gün saat 07 radələrində Bakı-Şamaxı avtomobil yolunun 11-ci
kilometrində yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Sərxan
Kazımovun idarə etdiyi “Kamaz” markalı yük avtomobili dayanacaqda
dayanmış “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşub.

Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ)
məlumat verilib.

Bildirilib ki, yük avtomobilinin sürücüsü, eləcə də Bəylər
Yusibovun idarə etdiyi 114 nömrəli marşrut avtobusunun üç sərnişini
xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma
aparılır.




Qeyd edilməlidir ki, son vaxtlar eyni istiqamətdə və eyni
hərəkət zolağında hərəkət edən nəqliyyat vasitələrinin toqquşması
ilə nəticələnən yol qəzalarının sayında artım müşahidə olunur. Belə
hadisələr əksər hallarda sürücülərin idarəetmə zamanı diqqəti
yayındıran hərəkətlərə yol verməsi, yorğun və ya yuxusuz halda
sükan arxasına əyləşməsi, eləcə də ara məsafəsini düzgün seçməməsi
ilə əlaqəli olur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət
edərək avtomobil idarə edərkən onlardan diqqəti yayındıran
hərəkətlərdən çəkinməyi, yorğun və yuxusuz halda sükan arxasına
əyləşməməyi, yol hərəkəti qaydalarına, eləcə də iş və istirahət
rejiminə ciddi əməl etməyi tələb edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir