Sabah dağlıq ərazilərə qar yağacaq

Baş səhifə

Bakı.Trend:

Martın 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüzdən bəzi
yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb
küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 769 mm civə sütununa
yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.




Azərbaycanın qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir
yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər
bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir
güclənəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti, dağlarda
gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir