İrandan təxliyə ilə bağlı 50-dən çox ölkədən 2500-dən çox müraciət almışıq – Nazir

Baş səhifə

Bakı. Trend:

İrandan təxliyə ilə bağlı ümumilikdə 50-dən çox ölkədən 2
500-dən çox müraciət daxil olub.

Trend xəbər
verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay
Popşoi ilə Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, müraciət edənlərin böyük bir hissəsinin
Azərbaycan quru sərhədindən keçidi təmin edilib:

“Çətin vəziyyətə düşmüş xarici ölkə vətəndaşlarına da ənənəvi
olaraq köməyimizi əsirgəmirik”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir