Moldova enerji sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə açıqdır – XİN rəhbəri

Baş səhifə

Bakı. Trend:

Moldova Azərbaycanla enerji sahəsində əməkdaşlığın
genişləndirilməsinə açıqdır.

Trend xəbər verir ki, bunu Moldovanın Baş
nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi Bakıda
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən
mətbuat konfransında deyib.

“Enerji sektoru Azərbaycan və Moldova arasında münasibətlərin
inkişafında əsas istiqamətlərdən birinə çevrilə bilər. Təbii qaz
mənbələrinin və tədarük marşrutlarının şaxələndirilməsi vasitəsilə
enerji təhlükəsizliyinin təmin edilməsi Moldova Respublikası
hökumətinin əsas prioritetlərindən biri olaraq qalmaqdadır. 2022-ci
ildəki enerji böhranı zamanı Azərbaycan hakimiyyətinin göstərdiyi
dəstəyə görə minnətdarıq. Bu jest bir daha təsdiqləyir ki, ölkəmiz
etibarlı və güvənilən dostdur”, – deyə o bildirib.

Onun sözlərinə görə, Moldova Azərbaycanla əməkdaşlığın yalnız
təbii qaz tədarükü sahəsində deyil, həm də enerji infrastrukturu və
birgə layihələr istiqamətində genişləndirilməsinə açıqdır.

“Dövlət şirkəti “Energocom” vasitəsilə Moldova SOCAR ilə davamlı
və konstruktiv dialoqu dəstəkləyir və “Yaşıl enerji dəhlizi”
layihəsinə maraq ifadə edir. Moldovada prioritet təşəbbüslərdə
Azərbaycan şirkətlərinin iştirakı yüksək qiymətləndirilər”, – deyə
Popşoi qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir