ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı

Baş səhifə

Bakı. Trend:

Ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verən ABB Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin 2 yüksək mükafatına layiq görülüb.

ABB “Qeyri-neft sektoru üzrə vergi rekordçusu” elan edilib.
Bundan başqa, Bank “Beynəlxalq vergi əməl etməsi üzrə nümunəvi
maliyyə institutu” adını da qazanıb.

Mükafatlar 5 mart 2026-cı ildə keçirilən “Vergi sistemində
gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar”
forumu zamanı ABB-yə təqdim olunub.




Qeyd edək ki, ABB son 3 ildə ölkəmizin dövlət büdcəsinə 433
milyon manat vergi ödəyib. Bunun 285 milyon manatı mənfəət vergisi
olub.

Bank vergi intizamı sahəsində də beynəlxalq standartlar tətbiq
edir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi, 937
nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə
etmək mümkündür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir