
Bakı. Trend:
“Qarabağ”ın legioneri Emmanuel Addai yeni mövsümə top-5
liqalarından birində başlaya bilər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, İngiltərənin bir sıra klubları,
eləcə də İtaliyanın “Napoli” və Almaniyanın “Ayntraxt” (Frankfurt)
komandaları 24 yaşlı qanalı futbolçu ilə maraqlandıqlarını
bildiriblər.
Frankfurt artıq qış “transfer pəncərəsi” dövründə oyunçunu
transfer etməyə çalışmışdı. Bundesliqa klubunun təklifinə müsbt
yanaşmasalar da, Addai ilə maraqlanmaqda davam edir. Addainin
“Qarabağ”la müqavilə müddəti mövsümün sonunda başa çatacaq.
Onun bu yay keçiriləcək dünya çempionatı üçün Qana milli
komandasının heyətinə də dəvət ediləcəyi gözlənilir.

